Yəməndə partlayış, ölən və yaralananlar var

Yəmənin müxtəlif şəhərlərində son iki gündə mina və müharibə qalıqlarının partlaması nəticəsində bir uşaq ölüb, 13 nəfər yaralanıb.

1941829
Yəməndə partlayış, ölən və yaralananlar var

Yəmənin müxtəlif şəhərlərində son iki gündə mina və müharibə qalıqlarının partlaması nəticəsində bir uşaq ölüb, 13 nəfər yaralanıb.
Məlumata əsasən, Yəmənin Hudeyde şəhərinin El-Hali bölgəsinin  Es-Salam məhəlləsində minanın partlaması nəticəsində 1 uşağın öldüyü, 1 uşağın isə yaralandığı bildirilib.
Saada, Cevf, Hacce və Lahic şəhərlərində mina və hərbi sursatların partlaması nəticəsində 4-ü uşaq, 2-si də qadın olmaqla 12 nəfər yaralanıb.
Bu məlumatların son 48 saat ərzində qeydə alındığı və partlayışlara görə heç kimin məsuliyyət daşımadığı bildirilib.
Yəmən hökumətindən məsələ ilə bağlı açıqlama  verilməyib.



Әlaqәli Xәbәrlәr