Aleksandar Vuçiç: ''Serbiya NATO-ya üzv olmaq istəmir''

Serbiya prezidenti Aleksandar Vuçiç ölkəsinin Avropa İttifaqına qoşulmağa hazır olduğunu lakin NATO-ya üzv olmaq istəmədiyini bildirib.

1941828
Aleksandar Vuçiç: ''Serbiya NATO-ya üzv olmaq istəmir''

Serbiya prezidenti Aleksandar Vuçiç ölkəsinin Avropa İttifaqına qoşulmağa hazır olduğunu lakin NATO-ya üzv olmaq istəmədiyini bildirib.
Serbiya prezidenti Aleksandar Vuçiç Kosovo probleminin həllində ABŞ və Aİ-nin dəstəklədiyi Fransa-Almaniya Planının hərtərəfli müzakirə edildiyi Miili Assambleyanın (ölkə parlamenti) iclasında açıqlama verib.

Ölkəsinin Avropa İttifaqına qoşulmağa hazır olduğunu ifadə edən Aleksandr Vuçiç deyib:"Serbiya NATO-ya üzv olmaq istəmir. Serbiya hərbi neytrallığını qorumaq və gücləndirmək istəyir. Avropaya inteqrasiya ilə Atlantik inteqrasiyası arasında böyük fərq var''.

Aleksandr Vuçiç onun üçün önəmli olan Serbiyanın var olması və inkişaf etməsi olduğunu deyib.

Kosovonun Birləşmiş Millətlər Təşkilatına (BMT) daxil olmasına mane olacaqlarını ifadə edən Aleksandr Vuçiç bunu edə biləcəklərinə inandığını bildirib.



Әlaqәli Xәbәrlәr