ABŞ-da “Epidemiya bitdi”mi?

Epidemiya ilə birlikdə gələn peyvənd və maska ​​tələbi kimi ictimai sağlamlıqla bağlı bir sıra qaydalara qarşı çıxan respublikaçılar ABŞ prezidenti Co Baydenin 2022-ci ildə "Covid-19” epidemiyası bitdi" sözlərini əsas götürüb

1940428
ABŞ-da “Epidemiya bitdi”mi?

 

  ABŞ Nümayəndələr Palatasında yeni növ koronavirus (Covid-19) epidemiyası ilə əlaqədar elan edilmiş Fövqəladə Vəziyyətin dərhal sona çatmasını nəzərdə tutan “Epidemiya bitdi” adlı qanun layihəsi qəbul edilib.

  Respublikaçıların üstünlük təşkil etdiyi Nümayəndələr Palatasında qanunvericilər “Covid-19” epidemiyası səbəbiylə Donald Trampın prezident olduğu 2020-ci ildə elan edilmiş “İctimai sağlamlıqla bağlı fövqəladə vəziyyət”ə dərhal son qoyacaq qanun layihəsinə səs verdilər.

  “Epidemiya bitdi” başlıqlı qanun layihəsi 210 əleyhinə səsinə qarşı 220 lehinə səsi ilə qəbul edilib.

  Epidemiya ilə birlikdə gələn peyvənd və maska ​​tələbi kimi ictimai sağlamlıqla bağlı bir sıra qaydalara qarşı çıxan respublikaçılar ABŞ prezidenti Co Baydenin 2022-ci ildə "Covid-19” epidemiyası bitdi" sözlərini əsas götürərək sözügedən qanun layihəsini gündəmə gətirib.

  Ağ Ev və Büdcə Ofisi yanvarın 31-də açıqlayıb ki, “Covid-19” səbəbiylə sürən Fövqəladə Vəziyyət sağlıq müəssisə və sistemlərində qarışıqlıq və qeyri-müəyyənliklərin qarşısını almaq üçün mayın 11-də aradan qalxacaq.

  Sözügedən qanun layihəsinin demokratların çoxluq təşkil etdiyi Senatdan keçəcəyi gözlənilmir. Bununla belə, o, Senatdan keçərsə, C.Bayden qanun layihəsinə veto qoyacağını bildirib.



Әlaqәli Xәbәrlәr