Filippində hərbi təlim təyyarəsi qəzaya uğrayıb, ölənlər var

Filippinin Bataan əyalətində hərbi təlim təyyarəsinin qəzaya uğraması nəticəsində 2 nəfər həyatını itirib.

1937607
Filippində hərbi təlim təyyarəsi qəzaya uğrayıb, ölənlər var

Filippinin Bataan əyalətində hərbi təlim təyyarəsinin qəzaya uğraması nəticəsində 2 nəfər həyatını itirib.
Mülki Aviasiya İdarəsi  Hərbi Hava Qüvvələrinə məxsus hərbi təyyarənin Bataan vilayətində düyü tarlasına düşdüyünü açıqlayıb.
Hərbi Hava Qüvvələrinin sözçüsü, polkovnik Mariya Konsuelo Kastillo bildirib ki, hərbi təyyarə paytaxt Manilanın cənubunda təlim uçuşu həyata keçirərkən qəzaya uğrayıb.
Yerli polis Edqardo Delos Santos bildirib ki, həyatını itirən 2 nəfərin cəsədi dağıntılar altından çıxarılıb.



Әlaqәli Xәbәrlәr