“Covid-19” qlobal fövqəladə vəziyyətdir, ya yox?” T.A.Qebreyesus

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adhanom Qebreyesus “Covid-19”dan son 8 həftədə 170 mindən çox insanın öldüyünü bildirib...

1937499
“Covid-19” qlobal fövqəladə vəziyyətdir, ya yox?” T.A.Qebreyesus

 

  Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adhanom Qebreyesus “Covid-19”dan son 8 həftədə 170 mindən çox insanın öldüyünü bildirib.

  Qlobal sağlıq vəziyyəti ilə bağlı qiymətləndirmələr edən ÜST-ün baş direktoru sözügedən mövzu ilə bağlı deyib: “2022-ci il dekabrın əvvəlindən bəri “Covid-19”dan həftəlik ölümlər artıb. Son 8 həftədə virusdan 170 mindən çox adam dünyasını dəyişib. Bunlar sadəcə bildirilən ölümlərdir, faktiki rəqəmlər daha çoxdur.

  ÜST-ün Beynəlxalq İctimai Sağlıq Fövqəladə Vəziyyətinin ən yüksək həyəcan səviyyəsinin elan etməsindən 3 il keçib. Bu həftə “Covid-19” Fövqəladə Komitəsi virusla bağlı vəziyyətin hələ də qlobal fövqəladə vəziyyət olub-olmadığını müzakirə etmək üçün toplanacaq.

  Mesajım aydındır: bu virus bizi təəccübləndirdi və təəccübləndirməyə davam edə bilər. Əgər biz mübarizə aparmaq üçün daha çox işlər görməsək, virus öldürməyə davam edəcək.”



Әlaqәli Xәbәrlәr