Volodimir Zelenski:''Müasir tanklara ehtiyacımız var''

Ukrayna prezidenti Volodimir  Zelenski  2022-ci ilin 24 fevral tarixindən  etibarən Rusiyaya qarşı davam edən müharibədə Ukrayna ordusunun müasir tanklara ehtiyacı olduğunu və bu tankların tədarükü üçün mübarizə aparmalı olduqlarını bildirib.

1935968

Rəsmi internet səhifəsində paylaşım edən Volodimir Zelenski Almaniyanın Ramşteyn Hərbi Hava Bazasında Ukrayna məsələsi ilə bağlı dünən keçirilən toplantını qiymətləndirib.
Ramşteyn Hərbi Hava Bazasında keçirilən toplantıya onlayn qaydada qatılaraq çıxış etdiyini xatırladan Volodimir Zelenski deyib:
"Bu qapalı müzakirədir və belə də olmalıdır. Bu toplantının dayanıqlığımızı gücləndirəcəyini deyə bilərik". 
Müttəfiqlərin Ukraynanı dəstəkləməkdə qərarlı olduqlarını ifadə edən Volodimir Zelenski deyib: "Müasir tankların tədarükü üçün mübarizə aparmalı olacağıq''.
Müttəfiq ölkələrin silah yardımı sayəsində Ukrayna ordusunun imkanlarının artdığını bildirən Volodimir Zelenski ölkəsinə yardım edən hər kəsə təşəkkür edib.
Ukraynaya silah yardımının davam etdirilməsinin böyük əhəmiyyət kəsb etdiyinə işarə edən Ukrayna lideri deyib:“Torpaqlarımızı azad etmək üçün uzaqmənzilli raketlərə ehtiyacımız var''.

Әlaqәli Xәbәrlәr