Kanadada partlayış, üç nəfər itkin düşüb

Kanadada qaz-propan doldurma məntəqəsində baş verən partlayış nəticəsində üç işçi itkin düşüb.

1932425
Kanadada partlayış, üç nəfər itkin düşüb

Kanadada qaz-propan doldurma məntəqəsində baş verən partlayış nəticəsində üç işçi itkin düşüb.
Partlayış Monreal şəhərində Propane Lafortune adlı şirkətə məxsus məntəqədə baş verib.
Partlayışdan sonra məntəqədə  böyük yanğın baş verib, alov yeni partlayışlara səbəb olub. Bina tamamilə dağılıb, ərazidəki bəzi evlər və müəssisələr təxliyyə edilib. Səlahiyyətlilər 3 işçinin itkin düşdüyünü açıqlayıb.
Məntəqədə qaz-propanla doldurulmuş bir neçə çən və balonun olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.



Әlaqәli Xәbәrlәr