Fransada naməlum şəxs kütləyə hücum edib, yaralananlar var

Fransanın paytaxtı Parisdəki  ''Gare du Nord'' vağzalında naməlum şəxs kütləyə bıçaqla hücum edib.

1931018
Fransada naməlum şəxs kütləyə hücum edib, yaralananlar var

Fransanın paytaxtı Parisdəki  ''Gare du Nord'' vağzalında naməlum şəxs kütləyə bıçaqla hücum edib. Hadisə nəticəsində biri polis olmaqla 5 nəfər yaralanıb. 

Hauts-de-France Regional Expressin rəsmi ''Twitter'' səhifəsində edilən paylaşımda ''Gare du Nord'' vağzalında naməlum şəxsin  kütləyə bıçaqla hücum etdiyi və çox sayda adamın yaralanığı bildirilib.
Tibb işçilərinin bölgədəki yaralılara müdaxilə etdiyi, zərərsizləşdirilən təcavüzkarın aparıldığı qeyd olunub.
Paylaşımda bir müddət dayandırılan  qatarların hərəkətinin bərpa olunduğuna dair məlumatlar da yer alıb.



Әlaqәli Xәbәrlәr