Əbdülhəmid Dibeybe Türkiye ilə Liviya arasındakı əməkdaşlığı qiymətləndirib

Liviya Milli Birlik Hökumətinin baş naziri Əbdülhəmid Dibeybe ölkəsinin Türkiye ilə iqtisadi, siyasi və hərbi sahədə əməkdaşlığının davam etdirilməsinin qaçılmaz olduğunu bildirib.

1930829

Nazirlər Kabinetinin mətbuat xidmətindən verilən məlumata görə, Əbdülhəmid Dibeybe Türkiyenin Liviyadakı səfirliyinin hərbi attaşesi Tevabil Menekşenin səlahiyyət müddətinin başa çatması ilə əlaqədar səfir Kənan Yılmazı və attaşelik aparatının əməkdaşlarını qəbul edib.
“Türkiye ilə iqtisadi, siyasi və hərbi sahədə əməkdaşlığın davam etdirilməsi qaçılmazdır” deyən Əbdülhəmid Dibeybe Menekşeyə göstərdiyi müsbət əməkdaşlığa görə təşəkkür edib.
Qeyd edək ki,Türkiye ilə Liviya arasında güclü tarixi əlaqələr ilə yanaşı,təhlükəsizlik, hərbi və iqtisadi sahələrdə əməkdaşlığa dair razılaşmalar mövcuddur.

Әlaqәli Xәbәrlәr