ABŞ-da 15 nəfər təbii fəlakətin qurbanı olub

Amerika Birləşmiş Ştatların Kaliforniya ştatında həftəsonu başlayan leysan yağışı və qasırğa nəticəsində 15 nəfər həyatını itirib.

1930843
ABŞ-da 15 nəfər təbii fəlakətin qurbanı olub

Amerika Birləşmiş Ştatların Kaliforniya ştatında həftəsonu başlayan leysan yağışı və qasırğa nəticəsində 15 nəfər həyatını itirib.

Yerli media orqanlarının yaydığı məlumata əsasən, səlahiyyətlilər 34 milyon insanın daşqın təhlükəsi ilə üzləşdiyini açıqlayıb.

Ölümlərin daha çox yol qəzaları, ağacların aşması və daşqınlar nəticəsində baş verdiyini bildirən səlahiyyətlilər avtomobili su altında qalan qadının ətrafdakılar tərəfindən xilas edildiyini, lakin 5 yaşlı uşağın itkin düşdüyünü qeyd edib.

San Luis Obispo bölgəsinin şerifi Tony Cipolla itkin düşənlərin tapılması istiqamətində əməliyyatların davam etdiyini açıqlayıb.

Daşqın və torpaq sürüşməsi təhlükəsi səbəbindən Santa Kruz bölgəsində 32 min, Santa Barbara bölgəsində isə 10 min nəfər təxliyə edilib.

Qeyd olunub ki, ştatın şərq hissəsinə 2 metrə yaxın qar yağıb, dağlar ətrafındakı əsas yolların bəziləri uçqun təhlükəsi səbəbindən nəqliyyatın hərəkəti üçün bağlanıb.

Santa Klara bölgəsində təxminən 225 min ev və iş yeri işıqsız qalıb.

Milli Meteorologiya Xidməti bölgədə əlverişsiz hava şəraitinin davam edəcəyini bildirib.



Әlaqәli Xәbәrlәr