2021-ci ildə hər 4,4 saniyədən bir uşaq və ya yeniyetmə həyatını itirib

Birləşmiş Millətlər Təşkilatının Uşaq Ölümünün Təxminləri üzrə Təşkilatlararası Qrupunun (UN IGME) son hesabatına görə, 2021-ci ildə 5 milyon uşaq 5 yaşına çatmadan dünyasını dəyişib, 2,1 milyon uşaq və ya 5-24 yaş arası gənc ölüb.

1930293

BMT-nin başqa bir hesabatına görə, müvafiq dövrdə 1,9 milyon körpənin ölü doğulduğu aşkarlanıb və səhiyyə sisteminə ədalətli çıxış və yüksək keyfiyyətli uşaq sağlamlığı xidmətləri ilə bu ölümlərin qarşısını almaq olardı.

2021-ci ildə hər 4,4 saniyədən bir uşaq və ya gəncin öldüyünü açıqlayan BMT sağlamlıq sistemlərinin kifayət qədər inkişaf etmədiyi təqdirdə 2030-cu ilə qədər təxminən 59 milyon uşaq və gəncin ölə biləcəyi, 16 milyon körpənin isə ölü doğuş səbəbiylə ölə biləcəyi xəbərdarlığı edib.

2021-ci ildə 5 yaşa qədər olan bütün uşaq ölümlərinin 56 faizi Afrikanın cənubunda, 26 faizi isə Cənubi Asiyadadır.

Qara Afrikada (Böyük Səhradan cənubdakı Afrika) doğulan uşaqlar dünyada ən yüksək ölüm riski ilə üzləşirlər və bu risk Avropa və Şimali Amerikada doğulan uşaqlardan 15 dəfə çoxdur.

Hesabatda fikirləri yer alan Birləşmiş Millətlər Təşkilatının Uşaq Fondunun (UNICEF) Məlumat Analitikasının Planlaşdırılması və Monitorinqi Direktoru Vidhya Qaneş bir çox valideynlərin hər gün övladlarını itirmə travması ilə üzləşdiyini bildirib.

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Ana, Uşaq və Yeniyetmələrin Sağlamlığı İnstitutunun direktoru Anshu Banerjee bildirib ki, uşaqların sağ qalma şansları yalnız doğulduqları yerə görə formalaşır və həyat qurtaran səhiyyə xidmətlərindən istifadədə bərabərsizliklər böyük ədalətsizlikdir.

Әlaqәli Xәbәrlәr