Şarl Mişel Rusiya Prezidentinin atəşkəslə başlı qərarını “saxta və ikiüzlü” adlandırıb

Avropa İttifaqı (Aİ) Rusiyanın pravoslav xristianların  Milad bayramı ilə əlaqədar Ukraynada müvəqqəti atəşkəs elan etməsini “saxta və ikiüzlü” addım kimi qiymətləndirib.

1928990
Şarl Mişel Rusiya Prezidentinin atəşkəslə başlı qərarını “saxta və ikiüzlü” adlandırıb

Avropa İttifaqı (Aİ) Rusiyanın pravoslav xristianların  Milad bayramı ilə əlaqədar Ukraynada müvəqqəti atəşkəs elan etməsini “saxta və ikiüzlü” addım kimi qiymətləndirib.

Avropa Şurasının sədri Şarl  Mişel Rusiya prezidenti Vladimir Putinin Rusiya ordusuna atəşkəs əmri ilə bağlı sosial media hesabında  açıqlama verib.

Kremli “təcavüzkar”, Ukrayna xalqını isə “qurban” kimi qiymətləndirən Mişel sülh və təhlükəsizliyin bərpası üçün yeganə əlverişli variantın Rusiya qoşunlarının Ukraynadan çıxarılması olacağını bbildirib.

"Birtərəfli şəkildə elan edilən atəşkəs, qeyri-qanuni və çirkin ilhaqlar və  keçirilən referendumlar qədər saxta və ikiüzlüdür", - deyə Şarl Mişel qeyd edib.

Amerika Birləşmiş Ştatları Dövlət Departamentinin sözçüsü Ned Prays Putinin ordusunu yenidən toplamaq və ya dünyanı çaşdırmaq üçün atəşkəs elan etmiş ola biləcəyini söyləyib.

Prays Rusiyanın Yeni ildə Ukraynanın mülki infrastrukturlarına təşkil etdiyi hücumlarından sonra Rusiyanın atəşkəs elan etməsini “qeyri-qanuni” adlandırıb.

Ned Prays deyib: "Əgər Rusiya sülhə və bu müharibəyə son qoymağa ciddi yanaşırsa, qoşunlarını Ukraynanın  suveren ərazisindən çıxarsın''

Qeyd edək ki, Vladimir Putin Rusiya Müdafiə Nazirliyinə bu gün yerli vaxtla saat 12:00-dan etibarən Ukraynada 36 saatlıq atəşkəs rejiminin tətbiqi barədə göstəriş verib.



Әlaqәli Xәbәrlәr