Fransada təbii qaz və elektrik istehlakı azalıb

Fransanın, Rusiyanın Avropaya təbii qaz tədarükünü kəsməsi nəticəsində yaranan enerji böhranını aradan qaldırmaq üçün tətbiq etdiyi qənaət tədbirləri töhfə  verməyə  başlayıb.

1928004
Fransada təbii qaz və elektrik istehlakı azalıb

TRT-nin La Fiqaro  qəzetinə  istinad etdiyi xəbərə görə,  Fransada həyata keçirilən tədbirlər   nəticəsində dekabrın sonunadək elektrik istehlakı 2022-ci il avqustun 1-dən 2023-cü il yanvarın 1-dək,  2018-2019-cu ilin müvafiq dövrü ilə müqayisədə 8,5%, qaz istehlakı isə 12 faiz azalıb.

Hava şəraitinə baxmayaraq tətbiqinə davam edilən qənaət tədbirləri ilə ölkə üzrə elektrik enerjisi istehlakının azalmağa davam edəcəyi proqnozlaşdırılır.

20-dən çox nüvə reaktoru təmirdə olan ölkədə, Rusiyanın təbii qaz tədarükünü kəsməsinə baxmayaraq, təbii qazdan elektrik enerjisi istehsalı 2018-2019-cu illərlə müqayisədə 38 faiz artıb.



Әlaqәli Xәbәrlәr