BMT TŞ-ın qeyri-daimi üzvləri

Ekvador, Yaponiya, Malta, Mozambik və İsveçrə Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının (BMT TŞ) yeni qeyri-daimi üzvləri kimi fəaliyyətə başlayıblar.

1927617
BMT TŞ-ın qeyri-daimi üzvləri

Ekvador, Yaponiya, Malta, Mozambik və İsveçrə Birləşmiş Millətlər Təşkilatı Təhlükəsizlik Şurasının (BMT TŞ) yeni qeyri-daimi üzvləri kimi fəaliyyətə başlayıblar.

Bu ölkələr 2023-2024-cü illərdə 15 üzvdən ibarət şuranın müvəqqəti üzvü kimi fəaliyyət göstərəcəklər.

BMT TŞ-də səlahiyyət müddəti dekabrın 31-də başa çatan Hindistan, İrlandiya, Keniya, Meksika və Norveçi əvəzləyərək Ekvador, Yaponiya, Malta, Mozambik və İsveçrə təmsil olunacaq.

Mozambik və İsveçrə ilk dəfə qeyri-daimi üzv olub, əvvəllər bu vəzifəni Malta 2, Ekvador 4 və Yaponiya 12 dəfə tutub.

Albaniya, Braziliya, Qabon, Qana və Birləşmiş Ərəb Əmirlikləri də şuranın müvəqqəti üzvləridir.

Ümumilikdə 15 üzv dövlətin olduğu BMT Təhlükəsizlik Şurasının 5 daimi üzvü veto hüququna da malik olan Amerika Birləşmiş Ştatları, Çin, Rusiya, İngiltərə və Fransadan ibarətdir.

Qalan 10 üzv dövlət isə BMT-nin 5 coğrafi qrupu arasından BMT Baş Assambleyasına seçilir.



Әlaqәli Xәbәrlәr