Burkina Fasoda terror aktı törәdilib

Burkina Fasonun şimal-qərbindəki Kasko əyalətində Yeni il gecəsi törədilən terror aktında həyatını itirən 28 mülki vətəndaşın cəsədi tapılıb.

1927358
Burkina Fasoda terror aktı törәdilib

Burkina Fasonun şimal-qərbindəki Kasko əyalətində Yeni il gecəsi törədilən terror aktında həyatını itirən 28 mülki vətəndaşın cəsədi tapılıb.
Hökumət sözçüsü Jan Emmanuel Ouedraoqo Kossi əyalətinin paytaxtı Nouna şəhərinin 4-cü və 6-cı rayonlarının terrorçuların hücumuna məruz qaldığını xatırladıb.
Hücumdan sonra 28 mülki şəxsin cəsədinin tapıldığını qeyd edən Ouedraoqo hadisənin aydınlaşdırılması və bütün məsuliyyət daşıyanların müəyyən edilməsi üçün araşdırmalara başlanıldığını bildirib.
Malidəki  Əl-Qaidə və DEAŞ-a tabe olan terror qruplaşmalar 2015-ci ildən bəri Burkina Fasonun şimalında və şərqində vaxtaşırı hücumlar törədir.
Hökumətin məlumatlarına görə, 2015-ci ildən 2021-ci ilin dekabrına qədər otörədilən hücumlarda 2000 nəfər həlak olub, onlardan 600-ü təhlükəsizlik qüvvələridir.



Әlaqәli Xәbәrlәr