Əfqanıstanda bombalı hücum

Əfqanıstanın şimal-şərqindəki Bədəhşan əyalətində bombalı hücum nəticəsində biri polis rəisi olmaqla 3 nəfər həlak olub.

1923792
Əfqanıstanda bombalı hücum

Əfqanıstanın şimal-şərqindəki Bədəhşan əyalətində bombalı hücum nəticəsində biri polis rəisi olmaqla 3 nəfər həlak olub.

Taliban müvəqqəti hökumətinin Daxili İşlər Nazirliyinin sözçüsü Əbdül Nafi Takur mətbuata verdiyi açıqlamada Feyzabadın mərkəzi Bədəhşan şəhərində əyalət polis rəisinin avtomobilinə bombalı hücumun həyata keçirildiyini bildirib.

Hücumda Talibanın Bədəhşan polis rəisi Mövləvi Əbdülhəq Ebu Ömər və 2 nəfərin həyatını itirdiyini bildirən Takur 2 nəfərin də yaralandığını bildirib.

Şahidlər hücumda yaralananların sayının 6 olduğunu iddia edib.



Әlaqәli Xәbәrlәr