Pakistanda hücum, ölən və yaralananlar var

Pakistanın paytaxtı İslamabadda törədilən hücum nəticəsində 1 polis əməkdaşı ölüb, 5-i də yaralanıb.

1922878
Pakistanda hücum, ölən və yaralananlar var

Pakistanın paytaxtı İslamabadda törədilən hücum nəticəsində 1 polis əməkdaşı ölüb, 5-i də yaralanıb.
Paytaxtın İ-10 sektorunda patrul xidməti icra edən polis şübhəli avtomobili saxlamaq istəyib.
Polisin “saxla” xəbərdarlığına tabe olmayan şübhəlilər bombanı işə salıb, nəticədə 1 polis əməkdaşı ölüb, 5-i də yaralanıb.
Hadisə yerinə çox sayda təcili tibbi yardım maşınları və yanğınsöndürənlər cəlb olunub.
Qeyd edək ki, hücuma görə məsuliyyəti öz üzərinə götürən olmayıb.
Pakistandakı Taliban (TTP) qruplaşması noyabrın 28-də sosial media hesabında İslamabad administrasiyası ilə mayın 10-da başladılan atəşkəsin sona çatdığını və silahlılarına ölkə daxilində təhlükəsizlik qüvvələrinə hücum əmri verdiyini açıqlamışdı. Həmin vaxtdan bəri təşkilat təhlükəsizlik qüvvələrinə hücumlarını artırıb.
Pakistan TTP-ni terror təşkilatı hesab edir.



Әlaqәli Xәbәrlәr