Kaliforniyada baş verən zəlzələ nəticəsində 2 nəfər ölüb

ABŞ-ın Kaliforniya ştatının San Fransisko şəhərində (ABŞ) dünən baş verən 6,4 bal gücündə zəlzələ nəticəsində  2 nəfər həyatını itirib.

1921605
Kaliforniyada baş verən zəlzələ nəticəsində 2 nəfər ölüb

ABŞ-ın Kaliforniya ştatının San Fransisko şəhərində (ABŞ) dünən baş verən 6,4 bal gücündə zəlzələ nəticəsində  2 nəfər həyatını itirib.
Humboldt Rayon Təcili Xidmətlər Müdirliyindən verilən açıqlamada, San Fransiskodan 343 kilometr şimal-şərqdə yerləşən Ferndale bölgəsində baş verən zəlzələ nəticəsində ölənlərin olduğu bildirilib.
Açıqlamada  zəlzələ nəticəsində 2 nəfərin həyatını itirdiyi, 11 nəfərin yaralandığı qeyd edilib.
Təbii fəlakət nəticəsində çox sayda tikiliyə və yola zərər dəydiyi bildirilib.
Zəlzələ səbəbindən minlərlə evə elektrik enerjisi verilmir.



Әlaqәli Xәbәrlәr