Malayziyada torpaq sürüşməsi, onlarla ölü və yaralı var

Malayziyada düşərgə ərazisində torpaq sürüşməsi baş verib. fəlakət nəticəsində xeyli sayda adam həyatını itirib.

1919750
Malayziyada torpaq sürüşməsi, onlarla ölü və yaralı var

TRT-nin yerli mənbələrə istinad etdiyi xəbərə görə insident paytaxt Kuala-Lumpurun şimalındakı Selangor əyalətindəki Batanq Kali düşərgəsində baş verib. Fəlakət nəticəsində biri 5 yaşlı uşaq olmaqla 16 nəfər həyatını itirib, 17 nəfər itkin düşüb. 94 nəfərin xilas edildiyi hadisə nəticəsində 7 nəfər də yaralanıb. Əraziyə uzanan yollar nəqliyyata bağlanıb. Axtarış-xilasetmə işləri davam edir.



Әlaqәli Xәbәrlәr