Mariya Zaxarova Suriya məsələsi ilə bağlı açıqlamalar verib

Rusiya ABŞ-ın Fərat çayının şərqindəki torpaqların Suriya rejiminin nəzarətinə keçməsinə mane olduğunu irəli sürüb.

1913129
Mariya Zaxarova Suriya məsələsi ilə bağlı açıqlamalar verib

Rusiya ABŞ-ın Fərat çayının şərqindəki torpaqların Suriya rejiminin nəzarətinə keçməsinə mane olduğunu irəli sürüb.

Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova paytaxt Moskvada keçirdiyi mətbuat konfransında Suriya məsələsi ilə bağlı açıqlamalar verib.
Mariya Zaxarova Türkiyənin Suriyada quru əməliyyatı həyata keçirməyi planlaşdırdığını xatırladıb.
Bu mövzuda Türkiyə və Suriya tərəfləri ilə intensiv əlaqə saxladıqlarını bildirən Zaxarova deyib: "Bu cür addımların sözügedən regionda mürəkkəb olan vəziyyəti daha da pisləşdirəcəyini və ümumilikdə regiondakı vəziyyətə mənfi təsir edəcəyini düşünürük''.

Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü  Fərat çayının şərqindəki torpaqların rejimin nəzarətinə keçməsi üçün separatçı terror təşkilatı PKK/YPG ilə Suriya rejimi arasında dialoq yaratmağa çalışdıqlarını irəli sürüb.
“ABŞ-ın buradakı qeyri-qanuni mövcudluğu buna mane olur”,-deyə Mariya Zaxarova vurğulayıb.

ABŞ-ın Suriyanın şimalında separatçı  terror təşkilatı PKK/YPG-ni  dəstəklədiyini qeyd edən Mariya Zaxarova deyib: "Amerikalılar sözügedən torpaqların rəsmi Dəməşqin nəzarətinə keçməməsi ilə əlaqədar siyasət yürüdürlər. Bu torpaqlar neft və zəngin təbii sərvətlərə malikdir".



Әlaqәli Xәbәrlәr