EMA: ''Qış aylarında Covid-19-a yoluxma hallarında artım ola bilər''

Avropa Dərman Agentliyi (EMA) yeni növ koronavirus (Covid-19) epidemiyasının sona çatmadığını və qışın gəlişi ilə virusa yoluxmaların sayının arta biləcəyini açıqlayıb.

1910842

EMA rəsmiləri Covid-19 epidemiyası ilə əlaqədar son vəziyyətlə bağlı mətbuat konfransı keçirib.
EMA-nın peyvənd strategiyası üzrə rəsmisi Marko Kavaleri son aylarda Avropada Covid-19-a yoluxanların sayında ciddi artımın müşahidə olunmadığını söyləyib.
"Ancaq qışın gəlişi ilə  bu vəziyyət dəyişə bilər. Virus təkamülə davam edir. BQ11 kimi stamları artır'',-deyə Marko Kavaleri qeyd edib.

Marko Kavaleri bildirib ki, növbəti həftələrdə xəstəxanaya yerləşdirilənlərin sayının artmaması üçün yaşlıların və immun sistemi zəif olan və ya ola biləcək insanların peyvənd olunması böyük əhəmiyyət kəsb edir.
EMA-nın baş həkimi Steffan Tirstrup da Covid-19-a səbəb olan virusun hələ də geniş yayıldığını bildirib.
"Biz epidemiyanın hələ də davam etdiyini düşünürük. Avropada virus müəyyən qədər nəzarət altına alınıb. Məhdudiyyətləri aradan qaldırdığınızda və ya peyvənd olunanların sayı azalanda virus yenidən özünü bürüzə verəcək'',-deyə Steffan Tirstrup qeyd edib.

Әlaqәli Xәbәrlәr