Tailand Çinlə bu müqavilədən çıxa biləcəklərini bəyan etdi

“Bangkok Post” qəzetinin yazdığına görə...

1910018
Tailand Çinlə bu müqavilədən çıxa biləcəklərini bəyan etdi

 

  Tailand 2017-ci ildə Çinlə imzaladığı sualtı gəmi müqaviləsindən çıxacağını bəyan etdi.

  “Bangkok Post” qəzetinin yazdığına görə, Tailand Hərbi Dəniz Donanmasının komandiri, admiral Çonqçay Çomçenqpat (Choengchai Chomchoengpaet) 2017-ci ildə Çin ilə bağlanmış sualtı gəmi tədarükü müqaviləsi ilə bağlı mətbuat nümayəndələrinin suallarını cavablandırarkən deyib: “Sualtı gəmidə hansı mühərrikdən istifadə ediləcəyi ilə bağlı məlumat verilməsində qarşı tərəfdən gecikmələr var. Çinin CHD620 tipli mühərrikinin müqavilədə vəd edildiyi kimi istifadə edilməsini istəyirik.

  Dekabrda bu sualtı gəmi layihə razılaşması ilə bağlı Çin tərəfi ilə görüşəcək, hansı mühərrik növündən istifadə ediləcəyi ilə bağlı bir daha məlumat istəyəcək və fikir dəyişməsi olarsa, müqavilədən çıxacağıq.”

  Qeyd edək ki, Tailand və Çinin CSOC dövlət gəmiqayırma şirkəti 2017-ci ildə S26T Yuan sinifli sualtı gəmi layihəsi ilə bağlı 393 milyon dollarlıq layihə imzalayıblar. Gəmi 5-6 il ərzində təhvil verilməliydi.



Әlaqәli Xәbәrlәr