Bolqarıstan, Rumıniya və Xorvatiya Şengen zonasına qoşulmağa hazırdır

Dekabrın 8-də daxili işlər nazirləri toplantısında səsvermənin keçiriləcək

1907177
Bolqarıstan, Rumıniya və Xorvatiya Şengen zonasına qoşulmağa hazırdır

 

  Avropa İttifaqı (Aİ) Komissiyası Bolqarıstan, Rumıniya və Xorvatiyanın Şengen zonasına qoşulması barədə fikirlərini bildirib.

  Aİ Komissiyasının daxili işlər üzrə məsul üzvü Ylva Yohansson keçirdiyi mətbuat konfransında bildirib: “Bolqarıstan, Rumıniya və Xorvatiya Şengen zonasına qoşulmağa hazırdır. Bu illər ərzində bu üzv dövlətlər “Covid-19” pandemiyası və daha yaxınlarda Ukraynadakı müharibənin görünməmiş nəticələri ilə üzləşən zaman da daxil olmaqla, Şengen zonasının düzgün işləməsinə əhəmiyyətli töhfələr verdilər.

  Dekabrın 8-də daxili işlər nazirləri toplantısında səsvermənin keçiriləcək. Şurada yekdilliklə qəbul edilən qərar nəticəsində üç ölkənin Şengen sərhədlərinə daxil edilməsinin mümkün olacaq”.

  Komissiyanın açıqlamasında yazılır: "Bolqarıstan və Rumıniya 2011-ci ildə Şengen qiymətləndirmə prosesini uğurla başa vurub. 2021-ci ilin dekabrında şura Xorvatiyanın Şengen zonasına daxili sərhəd nəzarəti olmadan qoşulmaq şərtlərini yerinə yetirdiyini təsdiqləyib".

  Qeyd edək ki, hazırda Şengen zonasında 26 ölkə var. Bunlara Bolqarıstan, Xorvatiya, Cənubi Kipr, İrlandiya, Rumıniyadan başqa, Aİ üzvü olmayan Norveç, İslandiya, İsveçrə və Lixtenşteyn daxildir. Bu ölkələr arasında vizasız səyahət etmək mümkündür.



Әlaqәli Xәbәrlәr