Hindistanda asma körpünün uçması nəticəsində 141 nəfər ölüb

Məlumata görə, körpünün uçması zamanı onun üzərində uşaqlar da daxil olmaqla 500-dən çox insan olub.

1899620
Hindistanda asma körpünün uçması nəticəsində 141 nəfər ölüb

Hindistanın Qucarat ştatında asma körpünün uçması nəticəsində 141 nəfər ölüb.

Məlumata görə, körpünün uçması zamanı onun üzərində 500-dən çox insan olub. 

Qucarat ştatının Polis İdarəşinin rəisi Aşiş Bhatia axtarış-xilasetmə işlərinin başladığını və çox sayda insanın xilas edildiyini bildirib. O, ölənlərin sayının arta biləcəyini istisna etməyib.
Baş nazir Narendra Modi rəsmi ''Twitter'' səhifəsində etdiyi paylaşımda baş verən hadisəyə görə kədərləndiyini ifadə edib.
"Axtarış və xilasetmə dəstələri zərərçəkənlərə kömək edəcək. Qucaratdakı faciə məni narahat edir'',-deyə Hindistan Baş naziri vurğulayıb.
Narendra Modi həmçinin qəzada həyatını itirənlərin ailələrinə təxminən 2430 dollar, yaralılara isə təxminən 600 dollar veriləcəyini bildirib.



Әlaqәli Xәbәrlәr