Volodimir Zelenski: ''Biz Ukraynanın müstəqilliyini müdafiə etdik''

Ukrayna prezidenti Volodimir  Zelenski Rusiyanın ölkəsinə etdiyi hücumlarla bağlı deyib:“Biz Ukraynanın müstəqilliyini müdafiə etdik və Rusiya bunu dəyişdirə bilməz”.

1897158

Volodimir Zelenski Telegram kanalında etdiyi paylaşımda Rusiya ilə Ukrayna arasındakı müharibənin 8 aydır davam etdiyini xatırladıb.

Zelenski bildirib ki, Rusiyanın ölkəsinə hücumlarına baxmayaraq, Ukrayna öz müstəqilliyini qoruyub və Rusiya qüvvələri tərəfindən ələ keçirilən torpaqları geri almağa davam edir.

"Biz dövlətimizin müstəqilliyini müdafiə etdik və Rusiya bunu dəyişdirə bilməz. Biz Ukrayna torpaqlarını addım-addım azad edirik",-deyə Ukrayna lideri vurğulayıb.

Volodimir Zelenski  Xerson, Xarkov, Donetsk, Luqansk, Zarporijya, Krım və Ukraynanın bütün bölgələrinin azad edilməsi üçün mübarizə apardıqlarını qeyd edib.

“Bir gün Ukraynanın bütün ərazisi azad olacaq”,-deyə Ukrayna Prezidenti qeyd edib.
Xatırladaq ki, Rusiya qüvvələri fevralın 24-də Ukraynaya hücum edib.

Әlaqәli Xәbәrlәr