İqor Konaşenkov: ''Ukraynaya məxsus obyektlərə ağır zərbələr endirilib''

Rusiya Müdafiə Nazirliyinin mətbuat katibi İqor Konaşenkov Ukraynanın hərbi idarəetmə və enerji sistemlərinə uzaqmənzilli silahlarla hücumları davam etdirdiklərini bildirib.

1895087
İqor Konaşenkov: ''Ukraynaya məxsus obyektlərə ağır zərbələr endirilib''

Rusiya Müdafiə Nazirliyinin mətbuat katibi İqor Konaşenkov Ukraynanın hərbi idarəetmə və enerji sistemlərinə qarşı hücumların davam etdiyini bildirib.
İqor Konoshenkov Ukraynada hәyata keçirilәn әmәliyyatın gedişatı ilә bağlı mәlumat verib.
"Rusiya Silahlı Qüvvələri son 24 saat ərzində Ukraynanın hərbi idarəetmə və enerji sistemlərinə uzaqmənzilli silahlarla hücumlarını davam etdirib. Müəyyən edilmiş bütün obyektlər vurulub",-deyə İqor Konaşenkov bildirib.

Konaşenkov  Kupyansk, Krasnıy Liman, Mikolaiv və Kriviy Riq istiqamətlərində baş verən qarşıdurmalarda 200-ə yaxın Ukrayna əsgərinin həlak olduğunu, çox sayda hərbi texnikanın məhv edildiyini qeyd edib.

“Bu günə qədər Ukraynaya məxsus 324 təyyarə, 161 helikopter, 2 278 pilotsuz uçuş aparatı, 383 hava hücumundan müdafiə sistemi, 5 891 tank və zirehli texnika, 873 reaktiv yaylım atəşi sistemi, 3 489 haubitsa və minaatan, 6 652 xüsusi təyinatlı texnika mәhv edilib",-deyə İqor Konaşenkov vurğulayıb.



Әlaqәli Xәbәrlәr