Həbsxanada partlayış

Myanmada həbsxanada partlayış baş verib. 8 nəfər həyatını itirib, 10 nəfər yaralanıb.

1894864
Həbsxanada partlayış

TRT-nin yerli mətbuata istinadla verdiyi xəbərə görə Myanmanın Yanqon şəhərindəki İnsein həbsxanasının girişində iki partlayış baş verib. Səhər radələrində baş verən hadisə nəticəsində 3 həbsxana məmuru və 5 ziyarətçi həyatını itirib, 10 nəfər yaralanıb. Partlayışdan sonra ərazidə sıx təhlükəsizlik tədbirləri görülüb. Partlayışla bağlı istintaq davam edir.

Qeyd edək ki, ölkənin ən böyük həbsxanası olan İnseində 10 min məhbus var.

 



Әlaqәli Xәbәrlәr