Almaniyada xəstəxanalar bağlana bilər

Almaniyanın səhiyyə naziri Karl Lauterbax ölkədəki xəstəxanaların enerji və inflyasiya böhranı səbəbindən iflas təhlükəsi ilə üzləşdiyini bildirib.

1893664
Almaniyada xəstəxanalar bağlana bilər

Səhiyyə naziri Karl Lauterbax “ARD” telekanalına müsahibəsində bu barədə danışıb. Nazir: “Yaxın aylarda xəstəxanalarımız maliyyə likvidliyi problemi yaşayacaq. bu məsələ təcili həll edilməlidir”.

Xəstəxanalara özəl vəsait ayrılmasına mənfi münasibət bəslədiyinə diqqət çəkən nazir hər sahə üçün özəl fondlar yaratmağın mümkün olmadığını vurğulayıb.

Sentyabrda Alman Xəstəxanalar Birliyinin açıqladığı hesabatda enerji qiymətlərindəki artım və yüksək inflyasiya səbəbiylə ölkədəki xəstəxanaların 40%-nin iflas təhlükəsi ilə üz-üzə gəldiyi bildirilmişdi.  

Birliyin prezidenti Gerald Gass da klinikaların artan xərclərin öhdəsindən gələ bilmiyəcəklirini, yaxın aylarda bəzilərinin fəaliyyitinin dayanacağını, gələn il vəziyyətin daha da pisləşəcəyini qeyd edib.

 



Әlaqәli Xәbәrlәr