Cənubi Afrika Respublikasında qızılcaya yoluxma halları qeydə alınıb
Cənubi Afrika Respublikasının Limpopo əyalətində son 30 gündə 3 uşağa qızılca diaqnozu qoyulduqdan sonra Milli İnfeksion Xəstəliklər İnstitutu (NICD) bölgədə qızılca xəstəliyinin yayıldığını bildirib.

Milli İnfeksion Xəstəliklər İnstitutundan verilən yazılı açıqlamaya görə, Limpopo əyalətinin Greater Sekhukhune bölgəsindəki iki səhiyyə müəssisəsində 30 gündə biri 11 aylıq olmaqla 3 uşaqda qızılcaya yoluxma halı qeydə alınıb.
Bu bölgədə qızılca epidemiyasının yayıldığı bildrilib.
Açıqlamada xəstəliyin yayılmasının qarşısının alınması və qızılcaya yoluxanların təsbit edilməsi üçün ictimai sağlamlıq araşdırmalarının aparılmasının vacibliyi vurğulanıb.
Әlaqәli Xәbәrlәr
Rusiya Müdafiə Nazirliyi bəyanat yaydı
Rusiya Donetsk vilayətindəki Novokalinovo qəsəbəsini nəzarətə götürdüyünü açıqlayıb.