Avropada meymunçiçəyi virusuna yoluxma sayı

Avropada meymunçiçəyi virusuna yoluxma sayının 24 mini keçdiyi açıqlanıb.

1886529
Avropada meymunçiçəyi virusuna yoluxma sayı

Avropada meymunçiçəyi virusuna yoluxma sayının 24 mini keçdiyi açıqlanıb.

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Avropa Bölgəsinin internet saytında dərc edilən meymunçiçəyi ilə bağlı yenilənmə hesabatında bütün qitədə epidemiya ilə bağlı son məlumatlar paylaşılıb.

Hesabatda 27 sentyabr tarixinə Avropada yoluxma sayının 24 622-yə yüksəldiyi, ÜST-nin Avropa regionunda 44 ölkədə virusa yoluxma hallarının aşkarlandığı bildirilib.

Xəstələrin 96 faizində virus əlaməti olaraq qızartı və qaşınma, 68 faizində isə yüksək hərarət, yorğunluq və əzələ ağrısı kimi əlamətlər olduğu qeyd edilib.

Ən çox yoluxma 7 min 149 nəfərlə İspaniyada olduğu və Fransa, İngiltərə və Almaniyada isə yoluxma sayının 3 mini keçdiyi bildirilib.



Әlaqәli Xәbәrlәr