Uqandada ebola epidemiyasından ölənlərin sayı artaraq davam edir

Uqandada bu ay başlayan ebola epidemiyası nəticəsində həyatını itirənlərin sayı 21 nəfərə çatıb.

1884514
Uqandada ebola epidemiyasından ölənlərin sayı artaraq davam edir

Bu barədə ölkənin Səhiyyə Nazirliyinin rəsmi nümayəndəsi Emmanuel Aynebyun məlumat verib.

Onun sözlərinə görə cari ayın əvvəlindən başlayan epidemiya nəticəsində ölənlərin sayı hər gün artaraq 21-ə, qadında virüs olanların sayı isə 34-ə çatıb.

Qeyd edək ki, Uqanda Səhiyyə Nazirliyi sentyabrın 19-da ölən 24 yaşlı kişidə virusun aşkarlanması ilə ölkədə ebola xəstəliyinin yayıldığını açıqlayıb. O, ölkənin mərkəzi hissəsindəki Mubende bölgəsində yaşayırdı. Bu günə qədər ebola virusuna yoluxmuş şəxslərlə təmasda olan 58 nəfər müəyyən edilib. Uqandanın “Çimreports” xəbər portalı onlardan dördünün gizləndiyini və hazırda həmin şəxslərin bütün ölkə üzrə axtarıldığını bildirib.

Uqandanın qonşuları olan Keniya və Tanzaniya regionda ebola virusunun yayılmasının qarşısını almaq üçün təcili olaraq xarici sərhədlərində əlavə sanitar nəzarət tədbirləri görüblər.

 



Әlaqәli Xәbәrlәr