Abdou Karim Sall: ''Sel və leysan yağışları kimi təbii fəlakətlər artır''

Dünyanın ən kasıb ölkələri Misirdə keçiriləcək Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişikliyi üzrə 27-ci Konfransında (COP27) iqlim dəyişikliyinin vurduğu ziyana görə “təzminat” tələb etmək istəyir.

1880573

Seneqalın paytaxtı Dakarda keçirilən 18-ci Afrika Ətraf Mühit Nazirləri Konfransına ən az inkişaf etmiş ölkələr assosiasiyasından 46-dan çox nazir və ekspert qatılıb.

İclasda çıxış edən Seneqalın ətraf mühit naziri Abdou Karim Sall iqlim dəyişikliyinin ən az inkişaf etmiş ölkələrə təsirinə diqqət çəkib.

"Sel və leysan yağışları kimi təbii fəlakətlər artır. Ən az inkişaf etmiş ölkələrdə təbii fəlakətlərin səbəb olduğu zərərin ödənilməsi çün fond yaradılmalıdır'',-deyə Abdou Karim Sall vurğulayıb.
Ən az inkişaf etmiş ölkələrin ətraf mühit nazirləri həmçinin qeyd ediblər ki, 6-18 noyabr tarixlərində Misirin Şarm Əl-Şeyx şəhərində keçiriləcək Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişikliyi üzrə 27-ci Konfransında iqlim dəyişikliyinin səbəb olduğu zərərin ödənilməsi  üçün fondun yaradılması məsələsində israrlı olacaqlar.

Әlaqәli Xәbәrlәr