“Rusiya ukraynalılar üçün həbs düşərgələr qurub”, K.J.Pyer

Amerika Milli Kəşfiyyat İdarəsi xəritə dərc edərək Rusiyanın Ukraynada ələ keçirdiyi bölgələrdə ukraynalıları saxladığını, onlardan bəzilərinin Rusiyanın müxtəlif bölgələrinə aparıldığını, bəzilərinin isə zorakılığa məruz qaldığını bildirib

1877227
“Rusiya ukraynalılar üçün həbs düşərgələr qurub”, K.J.Pyer

 

  ABŞ-da Ağ Evin sözcüsü Karin Jan Pyer (Karine Jean-Pierre) Rusiya administrasiyasının ölkənin qərbində və Ukraynanın şərqində konsentrasiya düşərgələri qurduğu, minlərlə ukraynalını həbs etdiyi, dindirdiyi və təhqir etdiyinə dair kəşfiyyat məlumatları əldə etdiyini açıqlayıb.

  Gündəlik mətbuat konfransında K.J.Pyer bildirib: “Birləşmiş Millətlər Təşkilatı Təhlükəsizlik Şurasında (BMT TŞ) “Rusiyanın assimilyasiya kampaniyaları” mövzusunda sessiya keçirildi. Rusiya Prezident Aparatının ukraynalıları həbs etmək və mühacirətə məcbur etmək kimi hərəkətləri var. Ölkənin şərqində və qərbində konsentrasiya düşərgələri var ki, burada minlərlə ukraynalı saxlanılır, sorğu-sual edilir və bəzən zorakılığa məruz qoyulur”.

  Sözügedən mövzu ilə bağlı ABŞ-ın dövlət katibi Entoni Blinken “twitter” səhifəsində yazıb: "Rusiya prezidenti Vladimir Putinin və rəsmi Moskvanın bu sistematik pozuntuları cəzasız qalmayacaq. Biz bu vəhşiliklərin səbəbkarlarını məsuliyyətə cəlb edəcəyik. ABŞ və tərəfdaşlarımız səssiz qalmayacaq. Ukrayna və onun vətəndaşları ədalətə layiqdirlər".

  E.Blinken öz paylaşımına Rusiyanın ukraynalıları saxlayıb müxtəlif bölgələrdəki həbs düşərgələrinə aparmasını əks etdirən görüntü də əlavə edib.

  ABŞ Dövlət Departamentinin sözçüsü Ned Prays da belə deyib: "ABŞ Rusiyanı Ukraynanın Rusiyanın nəzarətində olan ərazilərində sistematik filtrasiya əməliyyatlarına və məcburi deportasiyalara dərhal son qoymağa çağırır. Biz tərəfdaşlarımızla birlikdə bu həqiqəti dünyaya çatdıracağıq".

  Amerika Milli Kəşfiyyat İdarəsi xəritə dərc edərək Rusiyanın Ukraynada ələ keçirdiyi bölgələrdə ukraynalıları saxladığını, onlardan bəzilərinin Rusiyanın müxtəlif bölgələrinə aparıldığını, bəzilərinin isə zorakılığa məruz qaldığını bildirib.

  Xatırladaq ki, Rusiya qoşunları fevralın 24-dən Ukraynaya hücum edir.



Әlaqәli Xәbәrlәr