Pakistanda daşqınlar nəticəsində ölənlərin sayı 1314 nəfərə çatıb

Pakistanda güclü yağışların yaratdığı daşqınlar nəticəsində ölənlərin sayı 1314 nəfərə çatıb.

1875569
Pakistanda daşqınlar nəticəsində ölənlərin sayı 1314 nəfərə çatıb

Pakistanda iyunun 14-dən bu günədək davam edən yağışlar nəticəsində 458 uşaq, 262 qadın olmaqla 1314 nəfər həyatını itirib, 12703 nəfər isə yaralanıb.

Yağışlar nəticəsində yaranan daşqınlar ölkəyə 10-12,5 milyard dollar ziyan vurub.

Yağışlar nəticəsində 1 milyon 682 min 726 evə ziyan dəyib, onlardan 557 min 891-i tamamilə dağılıb.

Ümumilikdə 5 min 735 kilometr yol, 246 körpü və 173 iş yeri dağılıb, 750 min 405 təsərrüfat heyvanı tələf olub.

Yağışlardan 33,4 milyon insan zərər çəkdiyi halda, 631 min 824 nəfər çadır şəhərciklərində yaşayır.


Etiketlәr: #yağış , #Pakistan , #daşqın

Әlaqәli Xәbәrlәr