Con Kirbi: "İranla hazırda nüvə sazişinə daha yaxınıq"

ABŞ-da Ağ Evin Milli Təhlükəsizlik Şurasının Strateji Kommunikasiyalar üzrə direktoru Con Kirbi İranla hazırda nüvə sazişinə daha yaxın olduqlarını bildirib.

1874367

Con Kirbi ("Zoom" proqramı vasitəsilə) Ağ Ev müxbirlərinə verdiyi açıqlamada ölkəsinin xarici siyasət gündəmini dəyərləndirib.

İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyanın nüvə razılaşmasına qayıtmaq üçün ABŞ-dan daha güclü öhdəliklər istəmələri barədə açıqlamasına münasibət bildirən Kirbi deyib:

"Biz ötən həftələr və aylarla müqayisədə indi razılaşmaya daha yaxın olduğumuza inanırıq. Bunun əsas səbəbi İranın heç bir şəkildə razılaşma ilə bağlı olmayan bəzi tələblərindən imtina etməyə hazır olmasıdır. Ona görə də razılaşma yolunda irəliləyəcəyimiz barədə nikbinik”.

Kirbi əlavə edib ki, ABŞ İrana nüvə sazişi ilə bağlı fikirlərinə dair verdiyi cavaba Avropa İttifaqından (Aİ) yaxud da İrandan hələlik cavab almayıb.

Әlaqәli Xәbәrlәr