İqor Konaşenkov: ‘‘Rusiya qüvvәlәri 1700-dәn çox Ukrayna hәrbçisini zәrәrsizlәşdirib’’

İqor Konoshenkov Ukraynada hәyata keçirilәn әmәliyyatın gedişatı ilә bağlı mәlumat verib.

1874316
İqor Konaşenkov: ‘‘Rusiya qüvvәlәri 1700-dәn çox Ukrayna hәrbçisini zәrәrsizlәşdirib’’

Rusiya Müdafiə Nazirliyinin sözçüsü İqor Konaşenkov Rusiya ordusunun Ukraynanın cənub bölgəsində yaşanan  qarşıdurmalar zamanı  iki gün ərzində Ukrayna əsgərlərinin hücumlarını dəf etdiyini və 1700-dən çox ukraynalı əsgəri zərərsizləşdirildiyini irәli sürüb.

İqor Konoshenkov Ukraynada hәyata keçirilәn әmәliyyatın gedişatı ilә bağlı mәlumat verib.

İqor Konaşenkov Ukrayna ordusunun Mikolayev və Krivorojskiy istiqamətindəki hücumlarının uğursuz olduğunu, Arxangelskoye, Olgino və Ternovıye Podi yaşayış məntəqələrində Ukrayna qoşunlarının itki verdiyini, rus qoşunlarının isə hücumları dəf etdiyini bildirib.

"İki gün ərzində Mikolayev-Krivorojskiyə və digər bölgәlәrә  edilәn  uğursuz hücumlar zamanı Ukrayna ordusu 4 döyüş təyyarəsini itirib, həmçinin Ukraynaya mәxsus  helikopterlər havada vurulub. Ukraynaya mәxsus 63 tank, 59 hərbi maşın, 48 zirehli texnika, 14 silahlı avtomobil vә  1700-dən çox Ukrayna әrgәri rus qoşunları tərəfindən zәrәrsizlәşdirilib. Bu günәdәk Ukraynaya mәxsus 280 təyyarə, 151 helikopter, 1 844 pilotsuz uçuş aparatı, 371 hava hücumundan müdafiə sistemi, 4 592 tank və zirehli texnika, 822 reaktiv yaylım atəşi sistemi, 3 360 haubitsa və minaatan, 5 155 xüsusi təyinatlı texnika mәhv edilib'',-deyә İqor Konaşenkov bildirib.

İqor Konaşenkov Kiyev administrasiyasının Beynəlxalq Atom Enerjisi Agentliyinin missiyasının işini pozmaq üçün avqustun 30-da Zaporojye Atom Elektrik Stansiyasında təxribat törətməyə davam etdiyini irәli sürüb.

 

 



Әlaqәli Xәbәrlәr