“Ərdoğanı öldürün” plakatı açan müttəhimlərə bəraət hökmü verilməsi Ali Məhkəməyə aparılır

5 il əvvəl İsveçrədə keçirilən mitinqdə Prezident Rəcəb Tayyib Ərdoğanı hədəfə alan və “Ərdoğanı öldürün” plakatı açan müttəhimlərə bəraət hökmü verilməsi İsveçrə Ali Məhkəməsinə aparılır.

1873194

İsveçrənin “Blick” qəzetinə adını vermədən danışan Bern Baş Prokurorluğunun sözçülərindən biri Bern Rayon Məhkəməsindəki iddiada 4 müttəhimin bəraət hökmün etiraz edilərək, Ali Məhkəməyə müraciət edildiyini açıqlayıb.

Apellyasiya prosesinin nə vaxt başlayacağı ilə bağlı məlumat verilməyib.

Yanvarın 18-də başlayan 4 müttəhimə qarşı prosesdə hakim martın 9-da bəraət hökmü çıxarıb.

Prokurorun 4 müttəhim üçün “günlük 32-40 nisbətində qismən şərti və qismən qeyd-şərtsiz” cərimələnməsini tələb etməsinə baxmayaraq, hakim bu şəxslərə haqq qazandırıb.

Məhkəmə bəraət qərarında onu da göstərib ki, plakatda ingiliscə “kill” sözünün sadəcə “öldürmək” mənası yoxdur.

25 mart 2017-ci il tarixində İsveçrənin paytaxtı Bern şəhərində Federal Parlament binası qarşısında Parlament Meydanında keçirilən mitinqdə qara fond üzərində hazırlanmış plakatda Ərdoğanın başına tapança tuşlanmış fotoşəkili və "Ərdoğanı öldür" yazısı, aşağısında da "Öz silahları ilə" ifadəsi yer almışdı.

Türkiye Xarici İşlər Nazirliyi İsveçrənin Ankaradakı səfirinin müavinini çağıraraq məsələyə Türkiyenin reaksiyasını çatdırmışdı.

İstanbul Cümhuriyyət Baş Prokurorluğu da plakatı açan şübhəli və ya şübhəlilər haqqında istintaq başlatmışdı.

Әlaqәli Xәbәrlәr