Latın Amerikası ölkәlәrindә sutka әrzindә Covid-19-dan ölәnlәrin sayı 390 nәfәrә çatıb

Braziliya Sәhiyyә Nazirliyinin mәlumatına görә, ölkәdә sutka әrzindә virusdan 255 nәfәr vәfat edib.

1866348
Latın Amerikası ölkәlәrindә sutka әrzindә Covid-19-dan ölәnlәrin sayı 390 nәfәrә çatıb

Latın Amerikası ölkәlәrindә sutka әrzindә yeni növ koronavirusdan dünyasını dәyişәnlәrin sayı 390 nәfәrә çatıb.

Braziliya Sәhiyyә Nazirliyinin mәlumatına görә, ölkәdә sutka әrzindә virusdan 255 nәfәr vәfat edib. Belәliklә ölkәdә virusdan ölәnlәrin ümumi sayı 680 min 786 nәfәrә çatıb. Virusa yoluxanların ümumi sayı isә 30 min 935 artaraq 34 milyon 96 min 935-ә yüksәlib.

Meksika Sәhiyyә Nazirliyinin mәlumatına әsasәn, ölkәdә sutka әrzindә yeni növ koronavirusdan ölәnlәrin sayı 88 nәfәrә çatıb. Mәlumatda gün әrzindә virusa 14 min 841 nәfәrin yoluxduğu bildirilib. Meksikada koronavirusdan ölәnlәrin ümumi sayı 328 min 525-ә, epidemiyaya yoluxanların sayı 6 milyon 890 min 549-a, virusdan sağalanların sayı isә 6 milyon 87 min 871-ә çatıb.

Peru Sahiyyә Nazirliyindәn verilәn bәyanata görә, ölkәdә sutka әrzindә yeni növ koronavirusdan ölәnlәrin sayı 29-a, yoluxanların sayı isә 6 min 967-yә çatıb. Peruda indiyәdәk virusdan ölәnlәrin ümumi sayı 214 min 739-a, yoluxanların sayı 3 milyon 980 min 850-yә, sağalanların sayı isә 3 milyon 875 min 611-ә yüksәlib.

Çili Sәhiyyә Nazirliyi isә sutka әrzindә virusdan 5 nәfәrin öldüyünü açıqlayıb. Ölkәdә virusdan ölәnlәrin ümumi sayı 59 min 845-ә çatıb. Ölkәdә virusa yoluxanların ümumi sayı 4 milyon 331 min 416-ya, sağalanların sayı da 4 milyon 225 min 466-ya  yüksәlib.

Qvatemala KİV-lәrinin yaydığı mәlumata görә, ölkәdә sutka әrzindә virusdan ölәnlәrin sayı 13-ә çatıb. Qvatemalada virusdan ölәnlәrin ümumi sayı 19 153-ә, virusa yoluxanların sayı isә 3 min 194 artaraq 1 milyon 63 min 908-ә, virusdan sağalanların sayı isә 1 milyon 11 min 911-ә çatıb.

 



Әlaqәli Xәbәrlәr