İqor Konaşenkov: ‘‘Rusiya qüvvәlәri Ukrayna ordusuna məxsus “Mi-24” tipli hərbi helikopteri vurub’’

Rusiya Müdafiə Nazirliyinin mətbuat katibi İqor Konaşenkov Ukrayna ordusuna məxsus “Mi-24” tipli hərbi helikopterin Ukraynanın Dnepr vilayətində vurulduğunu bildirib.

1866682

İqor Konoshenkov Ukraynada hәyata keçirilәn әmәliyyatın gedişatı ilә bağlı mәlumat verib.

Konaşenkov Rusiya qüvvələrinin Ukraynadakı hərbi ünsürlərə qarşı hücumlarını davam etdirdiyini, Ukraynanın Bahmut və Avdiyivka şəhərləri istiqamətində Ukrayna Silahlı Qüvvələrinin 14-cü və 66-cı mexanikləşdirilmiş briqadalarının əsgərlərinin 50 faizinin zərərsizləşdirildiyini bildirib.

Son 24 saat ərzində 20 idarәetmә mәrkәzi, silah-sursat anbarı , “S-300” hava hücumundan müdafiə sistemi vә lokatorun  məhv edildiyi bildirәn İqor Konaşenkov deyib:

"Rusiya Hәrbi Hava Qüvvәlәri Ukraynaya mәxsus ‘‘Mi-24’’ tipli hərbi helikopteri Dnipro vilayətinin Nikopol şəhəri yaxınlığında vurulub. Son 24 saat ərzində 7 pilotsuz uçuş aparatı məhv edilib. Bu günə qədər Ukraynaya mәxsus 267 təyyarə, 146 helikopter, 1 727 pilotsuz uçuş aparatı, 365 hava hücumundan müdafiə  sistemi, 4 287 tank və zirehli texnika, 797 reaktiv yaylım atəşi sistemi, 3 290 haubitsa və minaatan, 4820 xüsusi təyinatlı texnika mәhv edilib’’.

Әlaqәli Xәbәrlәr