Bu ölkədə fövqəladə vəziyyət 2023-cü ilədək uzadılıb
Myanmada 2021-ci il çevrilişlə hakimiyyəti ələ keçirən hərbi idarə fövqəladə vəziyyətin 2023-cü ilə qədər uzadıldığını açıqlayıb.
“South China Morning Post” qəzetinin xəbərinə görə vitse-prezident Myint Sve:
“Azad və ədalətli çoxpartiyalı seçki keçirmək üçün şərtləri yaratmalıyıq. Hazırlıq görməyə məcburuq. Çoxpartiyalı ümumi seçkiləri xətasız gerçəkləşdirəcəyimə söz verirəm.Ölkədə sabitliyin bərpası və seçkilərə daha yaxşı hazırlaşmaq üçün zamana ehtiyac var.
Xatırladaq ki, w 8 noyabr 2020-ci ildə Myanma ordusu seçkilərdə hiylə olduğu iddiasınının ortaya atılması və ölkədə siyasi gərginliyin artmasının ardından 2021-ci il fevralın 1-də hakimiyyəti ələ keçirdi. Ordu bir çox məmurları və hakim partiya liderlərini, xüsusən də ölkənin faktiki lideri və xarici işlər naziri Aunq San Suu Kyi həbs və bir illik fövqəladə vəziyyət elan etdi.
Myanma ordusunun çevriliş əleyhinə etirazçılar və üsyançı qruplara qarşı silahlı müdaxiləsi nəticəsində 2000-dən çox insan həyatını itirdi.
Әlaqәli Xәbәrlәr
Rusiya Müdafiə Nazirliyi bəyanat yaydı
Rusiya Donetsk vilayətindəki Novokalinovo qəsəbəsini nəzarətə götürdüyünü açıqlayıb.