"Covid-19”a ən çox yoluxan ölkələr

“Kyodo” xəbər agentliyinin məlumatına görə...

1860674
"Covid-19”a ən çox yoluxan ölkələr

 

  Yaponiya keçən həftə 969,000-dən çox bulaşma halı ilə "Covid-19”a ən çox yoluxma halı olan ölkə" sayılıb.

  “Kyodo” xəbər agentliyinin məlumatına görə, Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) verdiyi açıqlamada Yaponiya iyul ayına qədər bir həftə ərzində 969 mindən çox yeni koronavirus halı ilə "Ən çox “Covid-19” yoluxma halı olan ölkə" olaraq qeydə alınıb.

  Yaponiyadan sonra təxminən 860 min yoluxma halı Amerika Birləşmiş Ştatları, 570 min rəqəmlə isə Almaniya gəlir.

  Yüksək yoluxucu olduğu bildirilən “Omicron”un BA.5 alt variantının yayıldığı Yaponiyada “Covid-19” epidemiyasının 7-ci dalğası yaşanır.

  Ümumdünya Səhiyyə Təşkilatının baş direktoru Tedros Adhanom Qebreyesus keçirdiyi mətbuat konfransında epidemiyanın hələ bitmədiyini bildirərək deyib: “Son həftələr dünya miqyasında ölüm sayının və bəzi ölkələrdə xəstəxanaya yerləşdirilmə hallarının artması ilə tibb işçiləri və yaşlıların peyvənd edilməsi yenə vacib olub”.



Әlaqәli Xәbәrlәr