Prezident sinif yoldaşını baş nazir təyin etdi

Parlamentdə deputatlar tərəfindən keçirilən səsvermədə dövlət başçısı seçilən R.Vikremesinqe ölkənin yeni baş nazirini müəyyənləşdirib

1858175
Prezident sinif yoldaşını baş nazir təyin etdi

 

  İyulun 21-dəki andiçmə mərasimindən sonra Şri-Lanka prezidenti Ranil Vikremesinqe (Ranil Wickremesinghe) əvvəlki kabinetlərdə müxtəlif nazir vəzifələrində çalışmış Dineş Qunavardenanı (Dinesh Gunawardena) baş nazir təyin edib.

  Parlamentdə deputatlar tərəfindən keçirilən səsvermədə dövlət başçısı seçilən R.Vikremesinqe ölkənin yeni baş nazirini müəyyənləşdirib: daha əvvəl su təchizatı və drenaj, təhsil və xarici işlər nazirləri vəzifələrində çalışmış Dineş Qunavardenanı baş nazir vəzifəsinə təyin edib.

  Prezidentin orta məktəb dostu 73 yaşlı Qunavardena parlamentdəki andiçmə mərasimindən sonra rəsmi olaraq vəzifəsinin icrasına başlayıb.



Әlaqәli Xәbәrlәr