Belçika hökuməti atom elektrik stansiyalarının istismar müddətini uzadır

Belçika hökuməti 2025-ci ildə dayandırılması planlaşdırılan atom elektrik stansiyalarının istismar müddətini 10 il uzatmaq üçün Fransanın enerji şirkəti Engie ilə razılığa gəlib.

1858329
Belçika hökuməti atom elektrik stansiyalarının istismar müddətini uzadır

Baş nazir Alexander De Croo sosial media hesabında məlumat  yayıb:  “Federal hökumət və Engie   şirkəti iki atom elektrik stansiyasının fəaliyyət  müddətlərinin uzadılmasına dair prinsipial razılığa gəlib”.

Belçikada enerji təchizatı təhlükəsizliyini təmin etmək üçün tədbirlər  gördüklərini  ifadə  edən  De Croo, ilin sonuna qədər şirkətlə nüvə stansiyaları ilə bağlı yekun razılaşmanın əldə ediləcəyini vurğulayıb.

Qeyd  edək  ki, Müqavilə çərçivəsində 1985-ci ildə Belçikada inşa edilən Doel 4 və Tihange 3 reaktorlarının istismar müddəti daha 10 il uzadılacaq. Sözügedən min meqavat-saatlıq reaktorlar 2036-cı ilə qədər fəaliyyətini davam etdirəcək.



Әlaqәli Xәbәrlәr