Trampın birinci həyat yoldaşı dünyasını dəyişdi

Birinci həyat yoldaşının ölümü ilə bağlı D.Tramp sosial media platforması “Truth Social”da yazıb...

1855506
Trampın birinci həyat yoldaşı dünyasını dəyişdi
İvana Tramp.jpg

 

  ABŞ-ın sabiq prezidenti Donald Tramp birinci həyat yoldaşı və üç uşaq anası İvana Trampın 73 yaşında Nyu-Yorkdakı evində dünyasını dəyişdiyi xəbərini paylaşıb.

  Birinci həyat yoldaşının ölümü ilə bağlı D.Tramp sosial media platforması “Truth Social”da yazıb: “Onu sevən bir çox insana İvana Trampın Nyu-Yorkdakı evində dünyasını dəyişdiyini bildirməkdən çox üzgünəm.

  O, ruhlandırıcı bir həyat sürən gözəl bir qadın idi. Qüruru və sevinci üç övladı Donald Jr, İvanka və Eriklə fəxr etdiyi kimi o da övladları ilə fəxr edirdi. Rahat uyu, İvana!”

  Qeyd edək ki, Çexiyada anadan olan İvana 1977-ci ildə Nyu-Yorkda dövrün ən məşhur daşınmaz əmlak investorlarından biri olan Donald Trampla evlənmişdi.

  2016-cı ildə D.Trampın ABŞ prezidentliyinə namizədliyini dəstəkləyən İvana Tramp 2017-ci ildə analıq mövzusunda "Trampı yetişdirmək" (Raising Trump) kitabını yazıb.



Әlaqәli Xәbәrlәr