Somalidə quraqlıqdan qaçanların sayı

Birləşmiş Millətlər Təşkilatının (BMT) Humanitar Koordinasiya Ofisi (OCHA), BMT-nin Beynəlxalq Miqrasiya Təşkilatı (İOM) və BMT-nin Uşaq Fondu (UNICEF) Somalidəki quraqlıq vəziyyəti ilə bağlı birgə məlumat paylaşıb

1855270
Somalidə quraqlıqdan qaçanların sayı

 

  Şərqi Afrika ölkəsi Somalidə yaşanan quraqlıq səbəbindən köç edənlərin sayı may ayına nisbətən ötən ay 231 faiz artıb.

  Birləşmiş Millətlər Təşkilatının (BMT) Humanitar Koordinasiya Ofisi (OCHA), BMT-nin Beynəlxalq Miqrasiya Təşkilatı (İOM) və BMT-nin Uşaq Fondu (UNICEF) Somalidəki quraqlıq vəziyyəti ilə bağlı birgə məlumat paylaşıb.

  2022-ci ilin 1-22 iyun tarixləri arasında baş verən quraqlıq səbəbilə Somalidə 112 min 400-dən çox insanın didərgin düşdüyü və bu rəqəmin may ayına nisbətən 231 faiz artdığı qeyd edilib.

  Köçün 60 faizi paytaxt Moqadişonun Banadir bölgəsinə, 72 faizi bölgələr arası, 64 faizi isə bölgə daxilindədir.

  May ayında immiqrantların ən çox olduğu bölgələr 26-22 faizlə Toqder (Togdheer) və Banadirdir. Banadirdəki köç nisbətləri 60 fazilə Aşağı Şabelle, 31 faizlə Körfəz və 9 faizlə Bakooldandır.

  Qeyd edək ki, Somalidə hökumət ölkədəki quraqlığın ölümcül təsirləri ilə əlaqədar 2021-ci il noyabrın 10-da qlobal yardım çağırışı, 23-də isə ölkə daxilində fövqəladə vəziyyət elan edib.

  Bu gedişlə 2023-cü ildə 7,7 milyon Somali vətəndaşının quraqlıq səbəbindən humanitar yardıma ehtiyacı ola bilər.

  2011-ci ildə yaşanan quraqlıq və qida böhranı ilə bağlı Somalidə təxminən 260 min insan həyatını itirib.



Әlaqәli Xәbәrlәr