Nigeriyada həbsxanaya hücum təşkil edilib, ölən var

Nigeriyada həbsxanaya hücum nəticəsində 900-ə qədər məhbus qaçıb.

1852815
Nigeriyada həbsxanaya hücum təşkil edilib, ölən var

Daxili İşlər Nazirliyinin daimi katibi Şuaibu Belqore bu barədə məlumat yayıb. Bildirib ki, paytaxt Abuca-nın yaxınlığında yerləşən Kuje rayonundakı həbsxanaya hücum zamanı qaçan məhbuslardan 300-dən çoxu tutulub.

Həbsxanada 994 məhbusun olduğunu ifadə edən katibin sözlərinə görə qaçan məbhuslardan təxminən 600-ü axtarılır. Bir məbhus isə həyatını itirib, üçü yaralanıb.

Nigeriya İslah Xidmətinin sözçüsü Ömər Əbubakar da Nigeriya İslah Təşkilatının Silahlı işçiləri təhlükəsizlik qüvvələrinin hücuma cavab verdiyini, həbsxanada sakitliyin bərpa olunduğunu və vəziyyətin nəzarət altına alındığını qeyd edib.

Hücumun terror təşkilatı Boko Haram üzvləri tərəfindən, saxlanılan təşkilat üzvlərini azad etmək üçün həyata keçirildiyi qeyd edilir.



Әlaqәli Xәbәrlәr