İngiltәrәdә bir gündә iki nazir istefa verib

Böyük Britaniyanın səhiyyə naziri Sacid Cavid və maliyyə naziri Rişi Sunak hökumətdəki vəzifələrindən istefa verdiklərini açıqlayıblar.

1852355
İngiltәrәdә bir gündә iki nazir istefa verib

Böyük Britaniyanın səhiyyə naziri Sacid Cavid və maliyyə naziri Rişi Sunak hökumətdəki vəzifələrindən istefa verdiklərini açıqlayıblar.

Bu barәdә  nazirlər rәsmi ‘‘Twitter’’ sәhifәlәrindә paylaşım ediblər.

İstefa ərizəsini təqdim etmək üçün Boris Consonla görüşdüyünü bildirən Cavid deyib: “Bu vəzifədə xidmət etmək böyük bir imtiyaz idi, lakin təəssüf hissi ilə demək istəyirəm ki, mən artıq vicdanımla bu hökumətdə xidmətə davam edə bilmərəm” .

Cavidin istefa açıqlamasından az sonra Sunak da tviterdəki paylaşımında istefa verdiyini açıqlayıb.

“Xalq haqlı olaraq hökumətin düzgün, səriştəli və ciddi idarə olunmasını gözləyir. Mən başa düşürəm ki, bu, mənim sonuncu nazir postum ola bilər, amma inanıram ki, bu standartlar uğrunda mübarizə aparmağa dəyər və buna görə də istefa verirəm”, - deyə o, paylaşımında bildirib.



Әlaqәli Xәbәrlәr