Şri-Lankada yanacaq çatışmazlığı

Tarixinin ən böyük iqtisadi böhranı ilə üzləşən Şri-Lankada yanacaq çatışmazlığı səbəbindən ölkə üzrə təhsil daha bir həftə dayandırıldı.

1851561
Şri-Lankada yanacaq çatışmazlığı

Şri-Lankanın Dövlət İdarəçilik Nazirliyi bu barədə məlumat yayıb. Bildirib ki, mayın 20-də bağlanan məktəblərdə təhsilin yenidən başladılması daha təxirə salındı. Nazir qərara ölkəyə yanacağın bir həftə ərzində çatacağını səbəb göstərib və qeyri adi vəziyyət ilə qarşılaşılmaması halında 11 İyulda məktəblərin açıla biləcəyini qeyd edib.

Energetika Nazirliyi, əldə edilən az miqdarda yanacaq ehtiyatının ictimai nəqliyyat, ərzaq daşımaları və səhiyyə xidmətləri kimi fövqəladə hallar üçün istifadə edildiyini açıqlayıb. Nazirliyin bəyanatına görə 800 milyon dollarlıq yanacaq satın alınıb. Bu çərçivədə iyulun 8-də 40 min metrik ton dizel yanacaq 22-də isə Benzin ölkəyə çatacaq.

Energetika naziri Kanchana Wijesekera, 687 milyon dollarlıq təcili yanacaq ödəməsi üçün maliyyə axtardıqlarını, ancaq bunu təmin etməkdə çətinlik çəkdiklərini vurğulayıb.

Ölkə səlahiyyətlilərinin açıqlamalarına görə yanacaq çatışmazlığı səbəbindən gündə 3 saata qədər elektrik enerjisi kəsiləcək.



Әlaqәli Xәbәrlәr