Vladimir Putin ərzaq böhranına qarşı tədbirlərin görülməsinin vacibliyini bildirib

Rusiya Prezidenti Vladimir Putin bəyan edib ki, ərzaq bazarlarında vəziyyətin faciəvi hal almaması üçün tədbirlər görülməlidir.

1850481
Vladimir Putin ərzaq böhranına qarşı tədbirlərin görülməsinin vacibliyini bildirib

Rusiya Prezidenti Vladimir Putin bəyan edib ki, ərzaq bazarlarında vəziyyətin faciəvi hal almaması üçün tədbirlər görülməlidir.

Vladimir Putin paytaxt Moskvada ölkəsində səfərdə olan İndoneziya Prezidenti Coko Vidodo ilə görüşüb.

Görüş zamanı mətbuata açıqlama verən Putin qlobal ərzaq böhranına toxunaraq, Amerika Birləşmiş Ştatlarının (ABŞ) zərb etdiyi pulla ərzaq məhsulları aldığını və buna görə də bu məhsulların qiymətlərinin artdığını bildirib.

Bunun inkişaf etməkdə olan ölkələrin vəziyyətini daha da pisləşdirdiyinə işarə edən Putin "Qida vəziyyətinin faciəvi hal almaması üçün tədbirlər görülməlidir" deyib.

Rusiyanın Ukraynadan taxıl çıxarılmasına mane olmadığını əsas gətirən Putin deyib ki, Ukrayna rəhbərliyi limanların girişlərinə mina yerləşdirib. Onların bu minaları təmizləyib oradan taxıl çıxarmasına heç kim mane olmur. Təhlükəsizliyin təmin ediləcəyinə zəmanət veririk.

Bundan əlavə, Putin Ukrayna taxılının Rumıniya, Polşa, Belarus və Azov dənizi limanları vasitəsilə ixrac oluna biləcəyini və bu məsələ ilə bağlı Birləşmiş Millətlər Təşkilatının (BMT) nümayəndələri ilə əlaqə saxladıqlarını bildirib.

Dünyada 800 milyon ton taxıl istehsal olunduğunu qeyd edən Rusiya lideri "Rusiya ötən il xarici bazarlara 40 milyon ton məhsul verib. Bu il isə 50 milyon ton taxıl tədarük etməyə hazırdır" deyib.

İndoneziya Prezidenti Vidodo da Rusiya ilə Ukrayna arasında fevralın 24-də başlayan müharibənin dünyada ərzaq məhsullarının daşınmasına mənfi təsir göstərdiyini bildirib.

O, “Rusiyadan ərzaq məhsulları, Ukraynadan da taxıl daşınmadan dünyada ərzaq daşımalarının bərpası mümkün deyil” deyib.

Vidodo G7 ölkələrinin liderlərindən qida məhsulları və gübrələrə qarşı sanksiyalar tətbiq etməməyi də istəyib.



Әlaqәli Xәbәrlәr