Boris Conson Ərdoğanın taxıl böhranının həlli yolundakı liderliyini yüksək qiymətləndirib

Boris Conson Ərdoğanın Rusiya-Ukrayna müharibəsi nəticəsində yaranan taxıl böhranının həlli yolundakı liderliyini yüksək qiymətləndirib.

1849976
Boris Conson Ərdoğanın taxıl böhranının həlli yolundakı liderliyini yüksək qiymətləndirib

İngiltərənin Baş naziri Boris Conson Prezident Rəcəb Tayyib Ərdoğanın Rusiya-Ukrayna müharibəsi nəticəsində yaranan taxıl böhranının həlli yolundakı liderliyini yüksək qiymətləndirib.

İngiltərə Baş Nazirinin 10 nömrəli ofisinin sözçüsü Conson və Ərdoğanın İspaniyanın paytaxtı Madriddə NATO Zirvəsi çərçivəsində İFEMA Konqres Mərkəzində keçirdikləri ikitərəfli görüşlə bağlı açıqlama verib.

Açıqlamada Consonun Türkiyə, İsveç və Finlandiyanın imzaladığı üçlü memorandumdan məmnunluğunu ifadə etdiyi bildirilib:

"Conson bizi daha təhlükəli bir onil gözləyərkən Finlandiya və İsveçin NATO-ya daxil olmasının ittifaqı daha da gücləndirəcəyini söylədi. Baş nazir Conson Prezident Ərdoğanın taxılın Ukraynadan çıxarılmasında liderliyini təriflədi. O, Rusiya Prezidenti Vladimir Putinin Ukrayna limanlarının blokadasını davam etdirməsinin həm Ukraynada, həm də bütün dünyada beynəlxalq humanitar böhran yaratığını vurğuladı".

Açıqlamada iki liderin İngiltərə və Türkiyə arasında xüsusilə “texnologiya və enerji” sahələrində əlaqələrin dərinləşdirilməsini müzakirə etdikləri bildirilib.

Açıqlamada o da vurğulanıb ki, Liderlər iki ölkə arasında ticarət fəallığını daha da yaxşılaşdıracaq, həm İngiltərə, həm də Türkiyə üçün iş yerlərinin yaradılmasına və iqtisadi artımın artırılmasına kömək edəcək tədbirlər görməyə razılaşıblar.



Әlaqәli Xәbәrlәr